MEK-ə Serbiya Kral Akademiyasının prezidenti Draqan Damyanoviçin müəllifi olduğu kitab daxil olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) Serbiya Kral Akademiyasının prezidenti Draqan Damyanoviçin “Müqəddəs Anastasiyanın möcüzələri və peyğəmbərliyi” adlı kitabı təqdim olunub. Kitab ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənovun təşəbbüsü və dəstəyi ilə çap olunub.

 

Bu nəşr keçmiş və ənənəvi dəyərlər haqqında qiymətli məlumatlarla zəngindir. Kitabda Müqəddəs Anastasiyanın maddi və mənəvi çətinliyi və bu çətinliyin sonunda etdiyi seçimdən bəhs edilir. Kitab tarix, ilahiyyat və dünya ədəbiyyatı ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.

 

Kitab MEK-in Diplomatik fondunda yerləşdirilib.



05.09.2019 | 15:19