Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi Avstriyanın Vyana şəhərində qeyd olunacaq.

 

Tədbir 2019-cu il 9 sentyabr tarixində BDU və Azərbaycanın Avstriyadakı səfiriliyin tabeliyində Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.

 

Tədbirdə universitetin 100 illik tarixini özündə dolğun şəkildə əks etdirən video-çarx göstəriləcək, foto-sərgi təşkil olunacaq.

 

Musiqiçilərin təqdimatında konsert proqramının da nəzərdə tutulduğu tədbirdə universitetin nümayəndə heyəti, o cümlədən dəvətli qonaqlar iştirak edəcək.

 

Qeyd edək ki, 2019-cu il 12 iyun tarixində UNESCO-nun Parisdəki Baş qərargahında 100 illiyi qeyd edilən Bakı Dövlət Universitetinin yubileyi ilə bağlı ölkədə və xaricdə çoxsaylı elmi, mədəni, kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub.



06.09.2019 | 17:44