“1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” kitabının ikinci cildi çapdan çıxıb

“1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” kitabının ikinci cildi çapdan çıxıb

 

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadənin həmmüəllifi olduğu “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” ensiklopedik soraq kitabının ikinci cildi çapdan çıxıb.

 

Nəşrin elmi redaktoru AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur.

 

İkinci cilddə 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin ali təhsilli bütün müsəlman dövlət adamlarının sənədli tərcümeyi-halı toplu halında ictimaiyyətə təqdim edilir.

 

Sovet dönəmində iddia edilirdi ki, 1920-ci ilədək yalnız 62 ali təhsillimiz olub. Yeni nəşr həmin iddianın yalan olduğunu ifşa edir.

 

Kitab müəlliflərin Bakı ilə yanaşı, Moskva, Sankt-Peterburq, Qazan, Saratov, Kiyev, Xarkov, Odessa, Tallinn, Tiflis və digər şəhərlərin mərkəzi arxivlərində apardıqları gərgin araşdırmalar zamanı əldə olunan mühüm tarixi qaynaqlar, sənədlər əsasında qələmə alınıb.

 

Nəşrdə soyadları “B-Ə” hərfi ilə başlanan 116  soydaşımız haqqında məlumat yer alıb.

 



07.09.2019 | 13:21