Azərbaycanın “World Skills” təşkilatına üzvlüyü ilə bağlı araşdırmanın nəticələri müzakirə olunub

Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Koreya İnsan Resurslarının İnkişafı Xidməti”-nin (HRD Korea) nümayəndə heyəti arasında görüş keçirilib. Görüş zamanı Koreya nümayəndə heyəti Azərbaycanın “World Skills” Beynəlxalq Təşkilatına üzvlük ilə bağlı hazırladığı texniki-iqtisadi araşdırmanın nəticələrini bölüşüb.

 

Agentlikdən verilən məlumata görə, sözügedən araşdırma Bakı və regionlarda yerləşən peşə təhsili müəssisələrinin maddi-texniki bazası, ixtisaslaşma istiqamətləri və bu kimi digər məsələləri əhatə edir. 

 

“Koreya İnsan Resurslarının İnkişafı Xidməti”-nin (HRD Korea) ekspertlər 1-10 sentyabr tarixlərində Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Peşə Tədris Mərkəzi və IT Step Academy-yə baş çəkib. Səfər zamanı peşə təhsili müəssisələrin fəaliyyəti ilə yaxından tanış olan ekspertlər sorğular keçirərək sözügedən təşkilata assosiativ üzvlük üçün tələb olunan ilkin şərtlərə dair təkliflər planı hazırlayıb.

 

Əsas vəzifəsi dünya iqtisadiyyatı üçün vacib sayılan texnoloji və xidmət sahələrində bacarıqların və peşələrin inkişaf etdirilməsi, bu sahədə mövcud olan bilik və bacarıqların üzv ölkələr arasında təşviq edilməsi olan edilən “World Skills” müsabiqə, həmçinin “Peşə təhsilli kadrların olimpiadası” kimi də tanınır.

 



11.09.2019 | 15:17