BDU Ural Federal Universiteti ilə əməkdaşlıq edəcək

Bakı Dövlət Universiteti (BDU) ilə Rusiyanın birinci prezidenti B.Yeltsin adına Ural Federal Universiteti (UFU) arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

BDU-nun rektoru Elçin Babayev və UFU-nun rektoru Viktor Kokşarovun imzaladığı memorandumda peqadoji və elmi işçilərin, tələbə, magistr və doktorantların mübadiləsi, BDU tələbələrinin UFU-nun doktorantura proqramlarına qəbul ediməsi, müəllimlərin ixtisaslarının artırılmasına qarşılıqlı yardım, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi, UFU-nun Azərbaycanşünaslıq Mərkəzi ilə əməkdaşlıq, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran proqram və layihələrdə birgə iştirak nəzərdə tutulur.

 

Rektor E.Babayev Rusiya Federasiyasının bir çox universitetləri və tədqiqat mərkəzləri ilə əməkdaşlıq əlaqələrindən bəhs edib. BDU-nun elm, təhsil sahəsində böyük potensialının olduğunu vurğulayan rektor imzalanan memorandumun hər iki tərəfə böyük fayda verəcəyinə inamını ifadə edib.

 

E.Babayev rektor Viktor Kokşarovun timsalında UFU nümayəndə heyətini BDU-nun noyabr ayında keçiriləcək 100 illik yubileyinə dəvət edib.

 

BDU-nun şərqin aparıcı ali təhsil müəssisəsi olduğunu, universitetlər arasında əlaqələrin parlaq sabahına inandığını bildirən rektor Viktor Kokşarov imzalanan memorandumun ikitərəfli əməkdaşlığa təkan olacağına əminliyini bildirib. O, təbiət, humanitar elmlər və iqtisadiyyat üzrə ixtisasların olduğu UFU alimlərinin BDU-nun elmi jurnallarına maraq göstərdiyini bildirib.



11.09.2019 | 17:02