Müəllimlər vahid geyim formasına keçiblər

Şəki şəhər mərkəzindən 15 kilometr aralıda yerləşən və bir əsrə yaxın yaşı olan Oxud kənd tam orta məktəbində 660 şagirdin təlim-tərbiyəsi ilə 79 müəllim məşğul olur.

 

2019-2020-ci  yeni dərs  ilində  Oxud kənd tam orta məktəbinin müəllimləri  şagirdlərin qarşısına vahid geyim formasında çıxıblar. Məktəbin direktoru Ülfət Abdullayev bildirib ki, yeni dərs ilinin ilk günündən müəllimlər siniflərə ağ köynək və boz kostyumda daxil olublar.Vahid formaya keçilməsi təşəbbüsü məktəbin pedaqoji şurasında müzakirə olunduqdan sonra  reallaşıb.

 

Müəllimlərin bu təşəbbüsünü  şəhər təhsil şöbəsinin rəhbərliyi ilə yanaşı, şagird və valideynlər də müsbət qarşılayıblar.

 

Mahal MƏMMƏDOV,

Şəki Şəhər Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi



29.09.2019 | 11:44