"Mən müəlliməm" kampaniyasına qoşulun!

Təhsil Nazirliyi tərəfindən "Mən müəlliməm" sosial kampaniyasına başlanılır. Kampaniya oktyabrın 7-dək davam edəcək.

 

Kampaniyaya qoşulmaq istəyən müəllimlər sosial şəbəkələrdə şagirdləri ilə birgə çəkdirdiyi şəkli paylaşmalı, #TəhsilNazirliyi və #MənMüəlliməm həştəqlərini yazmalı, eləcə də digər həmkarlarını kampaniyaya qoşulmağa dəvət etməlidir.

 

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən #MənMüəlliməm kampaniyası müəllim əməyinə hörmət və ehtiramın ifadəsinə xidmət edir.

 



01.10.2019 | 14:43