Tələbələr psixoloqla görüşüb

Gəncə Dövlət Universitetində psixoloq Zahid Tağıyevlə tələbələrin görüşü təşkil olunub.

 

Universitetin Tələbə Gənclər Təşkilatı təhsil müəssisəsi tələbələrinin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi üçün ardıcıl seminarlar, tədbirlər  təşkil edir ki, bu görüş də həmin sıradandır.

 

Psixoloq Zahid Tağıyev qeyd edib ki,  gənclərin daxili dünyalarını tanımalarına dəstək olmaq lazımdır. Onların özləri və ətraf mühitlə əlaqələrinə təsir edən başlıca amilləri şərh etmək, şəxsin daxili dünyasında apardığı səssiz söhbətlərin onun istək və motivasiyalarına necə təsir bağışladığını göstərmək başlıca tələbdir.   

 

Psixoloq gənclərin mənəvi cəhətdən özlərini daha yaxşı tanımaları, daxili potensiallarını üzə çıxarmaları, həmçinin problemi həlletmə bacarıqlarından da bəhs edib. 

 

Mövzu ətrafında  sual-cavablarla maraqlı  müzakirə aparılıb. 



06.10.2019 | 13:47