“Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var”

Gəncə Dövlət Universitetində Müəllimlər Günü münasibəti ilə keçirilən tədbirdə universitetin rektoru Yusif Yusibov “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var”-deyərək təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasına, Prezident İlham Əliyev tərəfindən yeni və müasir tələblərə cavab verən məktəblərin tikintisinə, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müasir texnoloji avadanlıqlarla təmin edilməsinə diqqət çəkib.

 

O deyib ki, müstəqil Azərbaycanda təhsil sistemində aparılan irimiqyaslı islahatlar prosesi artıq dönməz xarakter alıb, bu isə öz növbəsində təhsilimizi keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevirəcək.

 

Sonra rəhbərliyin əmrinə əsasən, universitetin bir qrup professor-müəllim, inzibati, tədris-köməkçi, təchizat-təsərrüfat  işçilərinə mükafatlar təqdim olunub. 

 



05.10.2019 | 12:30