Marketinq üzrə işçi qrup yaradılıb

Bakı Mühəndislik Universitetinin (BMU) gələcək inkişafının daha da dinamik sürətlə aparılmasını təmin etmək, marketinq fəaliyyətinin sistemli, mütəşəkkil təşkili üçün Elmi Şuranın qərarı ilə marketinq üzrə işçi qrup yaradılıb. 

        

Elmi işlər üzrə prorektor Elçin Süleymanov BMU-nun yarandığı qısa zaman ərzində  bir çox yeniliklərə imza atdığını bildirib. O, işçi qrupun əldə olunan nailiyyətlərin daha da inkişaf etdirilməsi üçün Elmi Şuraya öz təklif və tövsiyyələrini hazırlayacağını da qeyd edib.

     

Dosent Nəsimi Kamalov BMU-nun təhsil müəssisəsi kimi Azərbaycanda müsbət imicinin formalaşdığını vurğulayıb. O, eyni zamanda  tədris və elmi fəaliyyətin biznes sferasına transferi üçün müəyyən işlərin görülməsinin vacibliyindən, universitetin xidmətlərinin marketinq imkanlarından bəhs edib.

       

İşçi qrupun üzvlərinin məsələ ilə əlaqəli fikirləri dinlənilib və müvafiq təkliflər verilib.



07.10.2019 | 15:32