Professor Kazan konfransında

Bakı Mühəndislik Universitetinin Fizika kafedrasının professoru Əyyub Quliyev Rusiya Federasiyasının Kazan şəhərində keçirilən “Yerətrafı astronomiya və kosmik miras”  adlı beynəlxalq elmi konfransda iştirak edib.  Sayca 11-ci dəfədir təşkil olunan budəfəki konfransda astrofizikanın müasir problemləri müzakirəyə çıxarılıb.

    

Beynəlxalq tədbirdə professor Ə.Quliyev “Müxtəlif siniflərə mənsub kometlərin müəyyən olunmasında Günəş aktivliyinin rolu” mözusunda məruzə ilə çıxış edib.  Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan tədqiqat işi  dövri və uzundövrlü kometlərin Günəş fəallığının fazaları üzrə paylanmasını müəyyən etməklə yanaşı, komet kosmoqoniyasının qurulmasında elmə məlum olmayan nəticələrin əldə edilməsinə işıq tutur. 



08.10.2019 | 15:38