Tələbələr üçün Vaqiflə bağlı monoqrafiya

Fəlsəfə üzrə fəlsəfə doktoru Əli İbrahimovun “Molla Pənah Vaqif poeziyasına  fəlsəfi baxış” monoqrafiyası  çapdan çıxıb. Monoqrafiyada Molla Pənah Vaqifin həyatı, dövrü fəaliyyətinin sosial- siyasi dini aspektləri təhlil olunur.  Şairin  poeziyasındakı vətən sevgisi, nikbinlik, bədbinlik, gözəllik, həmçinin, xeyir və şərin mövcudluğu, başqa sözlə, iki əks münasibətin əlaqəsi  araşdırılır və poetik nümunələrlə əsaslandırılır.

 

Monoqrafiya ali və orta təhsil müəssisələrinin müəllim və tələbələri, magistr və doktorantlar üçün nəzərdə tutulur.



08.10.2019 | 17:42