“Kimya elminə müasir baxış”

Naxçıvan Dövlət Universitetində “Kimya elminə müasir baxış” adlı respublika elmi konfransı keçirilib.

 

Universitetin rektoru Saleh Məhərrəmov kimya elminin inkişaf etdiyini, son illər qazanlan uğurlar haqda ətraflı məlumat verib. 

 

Kimya kafedrasının müdiri Tofiq Əliyev korroziya proseslərindən danışaraq qeyd edib ki, əksər metallar, korroziya nəticəsində dağılaraq vaxtından əvvəl sıradan çıxır ki, bu da sonda külli miqdarda dövlət vəsaitinin itirilməsinə gətirib çıxarır.  Bildirilib ki, təxmini statistik hesablamalara görə hər il dünya miqyasında istehsal olunan metal və ərintilərinin təxminən 8-12 %-i karroziya nəticəsində itkiyə gedir ki, bu da milyardlarla dolların itirilməsi deməkdir.

           

Fizika üzrə elmlər doktoru, professor İmaməddin Əmiraslanov “Kristallar, kvazikristallar və türk sənəti” adlı çıxışında təbiətdə mövcud olan bərk maddənin amorf və kristallik adlı iki halından danışıb. Vurğulanıb ki, amorf maddələrə örnək kimi şüşə və plasması, ikincilərə isə xörək duzu, şəkər, almaz və sair maddələrin kristallarını göstərmək olar. Diqqətə çatdırılıb ki, kvazikristalların kəşfi 2011-ci ilin kimya üzrə Nobel mükafatına layiq görülüb.  Həm də bizim üçün çox qürurvericidir ki, kvazikristal prinsipli olduğu təsdiqlənmiş ən qədim aperiodik ornament məhz Azerbaycanın Marağa şəhərindəki octaqonal prizma formalı Gunbad-i Kabud məqrəbəsinin divarlarını bəzəyir.



09.10.2019 | 16:42