Gənc mütəxəssis beynəlxalq layihədə uğurla iştirak edir

AMEA Botanika İnstitutu və Berlin Botanika Bağı, o cümlədən Botanika Muzeyi (BGBM, Almaniya) arasında imzalanmış Razılaşma Memorandumu çərçivəsində həyata keçirilən “Cənubi Qafqazda bitki müxtəlifliyinin mühafizəsi üsullarının hazırlanması” layihəsinin II mərhələsi  üzrə Azərbaycan florasında yayılan Scutellaria L. və Pyrus L. (yabanı armud) bitki cinslərinin öyrənilməsi, onların filogenetik mənşəyini müəyyən etmək istiqamətində müasir tədqiqat işləri davam etdirilir.

 

Layihə çərçivəsində İnstitutun doktorantı, həmin beynəlxalq layihənin iştirakçısı Aytən Fətdayeva Berlin Frei Universitetində  Bitkilərin Molekulyar Filogenetikası üzrə təşkil olunan ixtisas kursunda təlim keçir və Pyrus L. cinsi üzərində molekulyar səviyyədə elmi-tədqiqat işlərini davam etdirir.



10.10.2019 | 12:41