Ədəbiyyat üzrə Nobel mükafatı laureatları elan olundu

Nobel Mükafatı Komitəsi 2018  və 2019-cu illər üçün ədəbiyyat sahəsində Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. 

 

İsveç Kral Akademiyasının qərarına əsasən,  Polşa şairəsi  Olqa Tokarçuk 2018,   Avstriya yazıçısı-ssenarist Peter Handke isə 2019-cu il üzrə  Nobel  mükafatına layiq görülüblər.

 

Akademiyanın daimi katibi Mats Malm qalibləri elan edərkən qeyd edib ki,   O. Tokarçuk "ensiklopedik ehtirasla sərhədlərin bir həyat forması kimi keçməsini təmsil edən povest təsəvvürü yaratdığına" görə,  Handke isə " Linqvistik bacarıqları ilə ətraf mühit və insan təcrübəsinin xüsusiyyətlərini tədqiq edən nüfuzlu əsərləri” üçün  mükafata təqdim olunublar. 


Xatırladaq ki, keçən il ədəbiyyat üzrə Nobel mükafatı təsis edilməyib.
 

Oruc MUSTAFAYEV



10.10.2019 | 16:51