Mobil qurğulardan şəkillərin çapı üçün kompakt printer

“Fujifilm” şirkəti mobil qurğulardan şəkillərin çapı üçün nəzərdə tutulmuş “Instax Mini Link” kompakt printerini təqdim edib.

 

www.infocity.az saytının məlumatında bildirilir ki,  printer “Fujifilm Instant Color Film” kartriclərindən istifadə edir. Daşıyıcıların ölçüsü 86-54, çap sahəsinin ölçüsü isə 62-46 millimetr təşkil edir.

 

Kompakt printer “Mini Link App” əlavəsi vasitəsilə mobil qurğunun kamerasını idarə etməyə imkan verir. Məsələn, printeri əyərək təsviri yaxınlaşdırmaq olar. Printer vasitəsilə distant çəkilişi həyata keçirmək mümkündür. Daxilinə quraşdırılmış akkumulyator 100-ə qədər şəkil çap etməyə imkan verir. Batareyanın enerji ilə yüklənməsi Micro-USB portu vasitəsilə həyata keçirilir. Bir şəklin çıxarılmasına təxminən 12 saniyə vaxt tələb olunur. Qurğu smartfona Bluetooth simsiz rabitəsi vasitəsilə qoşulur.

 

Ağ, çəhrayı və tünd göy rənglərdə satışa çıxarılan printerin qiyməti 100 ABŞ dolları təşkil edir.

 

Samirə KƏRİMOVA



13.10.2019 | 10:06