Dağıstanlı alim Fizika İnstitutunda

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Rusiya Elmlər Akademiyası  Dağıstan filialının keçmiş sədri, Fizika İnstitutunun keçmiş direktoru, professor İbrahimxəlil Kamilov qonaq olub.

 

Qonaq Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi, AMEA Fizika İnstitutunun  direktoru, akademik Nazim Məmmədovla görüşüb. 

 

N.Məmmədov Fizika İnstitutunun elmi istiqamətlərindən, aparılan tədqiqatlardan, burada  fəaliyyət göstərən magistratura səviyyəsindən, institutun dünya səviyyəli  elmi müəssisələr arasındakı  nüfuzundan və s. söhbət açıb.

 

İ.Kamilov qonaqpərvərliyə görə İnstitutun rəhbərliyinə minnətdarlığını bildirib.  Qeyd edib ki, Fizika İnstitutunda ilk dəfə  akademik Həsən Abdullayevin rəhbərliyi dövründə olub.

 

O, akademik H.Abdullayev və Azərbaycanın digər aparıcı fizika alimləri haqqında fikirlərini bölüşüb.

 



12.10.2019 | 15:30