Texnologiya Universiteti tələbələrinin təqdimatı diqqət yaradıb

Azərbaycan Texnologiya Universiteti (UTECA) 13-cü Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgilərində iştirak edib.

 

Sərginin Texnologiya Universiteti üçün ayrılmış stendində UTECA Texnoparkının məhsulları sərgilənib. Onların arasında elmi əsərlər, patentlər, fəxri mükafatlar, gön-dəri, xalçaçılıq, tikiş məhsulları, şərab və balzamlar və s. məmulatlar olub.

 

UTECA-nın nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi və proseslərin avtomaşdırılması ixtisaslarının tələbələri Fərid Məhərrəmov, Tofiq Məmmədovun UTECA1 layihəsi isə sərgi iştirakçılarının diqqətini cəlb edib.

 

Daha sərfəli qiymətə və əlverişli daşınmaya, ətraf mühitin mühafizəsinə hesablanmış hibrid avtomobil prototipi ilə daha çox avropalı nümayəndələr maraqlanıblar. Onlar Fəridlə Tofiqin tədimatını dinlədikdən sonra hər iki tələbəyə bəzi məsləhətlər verib, əməkdaşlıq təklifi ediblər. 



14.10.2019 | 17:51