Təhsil TV: Dövlət Proqramı məzunları - Yaqub Əlizadə
Dövlət Proqramı məzunlarını tanıyaq. 
Yaqub Əlizadə orta təhsilini Bakıdakı  72 nömrəli məktəb-liseydə alıb. 695 balla Dövlət İdarəçilik Akademiyasına menecment ixtisasına qəbul olunub və Prezident təqaüdünə layiq görülüb. Bakalavrı bitirdikdən sonra 2015-2016-ci illərdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İngiltərənin Ekseter universitetində  (The University of Exeter) maliyyə iqtisadiyyatı üzrə magistraturada təhsil alıb. Hazırda Kapital Bankda məlumatların təhlili (data analysis) üzrə mütəxəssis kimi çalışır.


15.10.2019 | 17:54