UTECA nümayəndələri İsveçdə

Azərbaycan Texnologiya Universitetinin nümayəndə heyəti Avropa Komissiyası tərəfindən maliyyələşən və Bakı Biznes Universitetinin də koordinatoru olduğu Erasmus Plus EQAC layihəsinin İsveçdə baş tutan növbəti beynəxalq təlimində iştirak edir.

 

Stokholmda keçirilən təlimdə UTECA-nı universitetin tədris işləri üzrə prorektoru Dos.Vüqar İsmayılov və  Keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov təmsil edir.

 

Çili, Argentina, Yaponya və Çindən də əməkdaşların qatıldığı təlimdə universitetlərdə keyfiyyətin təminatı sisteminin təkmilləşdirilməsi, CDIO, ali təhsil məkanında dayanıqlı inkişafın yaradılması, tələbə mərkəzli təhsil və biliyin yoxlanılması sisteminin qurulması barədə avropalı təhsil ekspertləri ilə geniş müzakirələr aparılır. Təlimin sonunda iştirakçılar beynəlxalq əhəmiyyətli sertifikatla təltif olunacaqlar. 



17.10.2019 | 17:19