“Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır “

AMEA Naxçıvan Bölməsində 18 oktyabr-Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü ilə əlaqədar elmi konfrans keçirilib.

 

Bölmənin sədri, akademik İsmayıl Hacıyev Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin bərpası və möhkəmləndirilməsi, milli dövlətçilik ənənələrinin qorunması, siyasi, iqtisadi islahatların həyata keçirilməsi istiqamətində gördüyü məqsədyönlü tədbirlərdən danışıb.

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi tarixi inkişaf yoluna nəzər salan alim qeyd edib ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizi xaos və anarxiyadan, hərcmərclikdən qurtarıb. Azərbaycanın qüdrətlənməsinə və xalqımızın maddi rifah halının yüksəldilməsinə xidmət edən siyasi qərarlar qəbul edib.

 

Bildirib ki, ulu öndər Heydər Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Bu siyasi xətt Azərbaycan dövlətçiliyinin inkişafına, ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə misilsiz töhfələr verir. Ölkəmizin hərtərəfli və sürətlə inkişafı, əsaslı dəyişiklər, xarici siyasətimizdəki uğurlar, əhalinin rahatlığı naminə həyata keçirilən qlobal layihələr bu gün Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiq edir.

 

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi və memarıdır” mövzusunda məruzəsi dinlənilib. 



18.10.2019 | 17:45