11 yaşlı məktəblinin adı istedadlar siyahısında

Həmyerlimiz Azərbaycan stolüstü tennis tarixində ilk dəfə Avropanın 13 yaşadək istedadları siyahısına daxil edilib.

 

Avropa Stolüstü Tennis Birliyinin (ASTB) təşkilatçılığı ilə keçirilən "ETTU Eurotalents” adlı istedadların axtarışı proqramının seçmə turlarında 11 yaşlı tennisçimiz Adil Əhmədzadə yüksək nəticələrlə Avropa istedadları siyahısında ilk onluğa düşüb.

 

ASTB tərəfindən il boyu təşkil olunan təlim-məşq toplantılarında Avropanın 13 yaşadək tennisçiləri bir neçə istiqamətdə öz güclərini sınayıb. Aralarından ən dözümlü, çevik və istedadlıları seçilərək ASTB-nin "Eurotalents U-13” turnirinə qatılıblar. Ən yüksək nəticələr göstərən 14 Avropa ölkəsindən 37 idmançı arasında  həmyerlimiz  yekun mərhələyə vəsiqə qazanıb. Nəticədə Sloveniyada reallaşan  ASTB-nin "Eurotalents U-13” yekun turnirində 16-a düşmək uğrunda mübarizə aparan turnirin ən kiçik yaşlı iştirakçısı Adil Əhmədzadə Avstriya, İngiltərə, Çexiya və Rumıniyadan olan  rəqiblərini arxada qoyaraq yeddinci yerdə qərarlaşıb. 

   

 Sifai SƏFƏROVA



19.10.2019 | 15:49