“Agility Robotics” şirkətində robot-kuryer işləməyə başlayıb

“Agility Robotics” şirkəti “Digit” adlı robotun ikinci modelini təqdim edib.

 

www.belta.by saytının məlumatında bildirilir ki, mühəndislər sözügedən robotun işini təkmilləşdiriblər. İndi o, avtonom şəkildə hərəkət edə və kiçik yükləri daşıya bilir. Robot məkanda müstəqil hərəkət etməyə imkan verən sensor və lidarla təchiz edilib.

 

Robotun aşağı hissəsi qeyri-adi konstruksiyaya malikdir: ayaqlar iki seqmentdən ibarətdir və arxaya yönəlib. Aşağı ətrafların belə quruluşu robota yan tərəfə əyilmə zamanı tarazlığı saxlamağa kömək edir. İstehsalçıların sözlərinə görə, “Digit” bir ayaq üzərində asanlıqla dayana bilir. Bundan başqa, robot-kuryer ona yükləri daşımağa imkan verən xüsusi əllərlə təchiz edilib.

 

Hazırda şirkətin mütəxəssisləri satışa başlamaq üçün robotun daha da təkmilləşdirilməsi ilə məşğuldurlar.

 

Samirə KƏRİMOVA



26.10.2019 | 09:00