İdman məşqləri üçün evdə “güzgü-məşqçi”

Nyu-Yorkdan olan “Güzgü” startapının istehsalçıları interaktiv güzgüdən istifadə edərək fərdi məşqlərin həyata keçirilməsi üçün “güzgü-məşqçi” təqdim ediblər. Belə ki, yeni tətbiq idman dərslərinin çatdırılması, həmçinin məşq təlimatlarının izlənilməsi üçün istifadə edilə bilər. İnteraktiv güzgü məşqlərdə adi proqram prinsipi üzrə işləsə də, yeniliyin köməyi ilə eyni anda rahatlıqla öyrənmək və məşq etmək mümkündür. Ənənəvi interaktiv seanslara abunə olmaq ayda 30 dollara başa gələcək.

 

www.ferra.ru saytının məlumatına əsasən, istehsalçılar güzgüyə fərdi təlimi təmin etmək funksiyasını əlavə ediblər. Beləliklə, “güzgü” hər bir istifadəçi üçün şəxsən hazırlanmış təlim nümayiş etdirməklə yanaşı, həmçinin şəxsi məşqçi əldə etməyə imkan verəcəkdir.

 

Hazırda fərdi məşqçi funksiyasının qiyməti müəyyənləşdirilməyib, lakin 30 dəqiqəlik dərs üçün qiymətin təxminən 40 ABŞ dolları olacağı güman edilir.

 

Samirə KƏRİMOVA



27.10.2019 | 09:45