Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına qeydiyyat davam edir

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına üzv olmaq üçün qeydiyyat prosesi davam edir.

 

Assosiasiyaya üzv olmaq istəyən müəllimlər  http://qeydiyyat.agma.az linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

Qeyd edək ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası 28 noyabr 2018-ci il tarixində baş tutan Azərbaycan müəllimlərinin XV qurultayında bir gənc müəllimin təşəbbüsü ilə yaradılıb. Hazırda Assosiasiya ölkəmizin 17 bölgəsindən olan müəllimləri əhatə edir.

 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının əsas məqsədi istedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq, daha məhsuldar və səmərəli işləməyə həvəsləndirməkdir.

 



28.10.2019 | 11:11