Türkiyəli tələbələr təcrübələrini artırır
Qars Qafqaz Universitetinin  Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında təhsil alan türkiyəli tələbələr Naxçıvan Dövlət Universitetində olublar. 
 
 
Bir həftəlik təcrübə müddətində tələbələr universitetin Tarix-filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında tədris olunan dərslərdə iştirak edib, birgə müzakirlər aparıblar. 
 
 
Tələbələrin təcrübəsində faydalı əhəmiyyət daşıyacağı nəzərə alınaraq, Jurnalistika və kitabxanaçılıq kafedrasında dilçiliyin elmi-nəzəri məsələlərinə dair dəyirmi masa da təşkil edilib. Müzakirədə Azərbaycan dilçiliyi kafedrasının müəllimləriylə birgə dilçiliyin ümumi cəhətlərindən bəhs edilib. Qonaqlar Azərbaycan və türk dillərinin qarşılıqlı əlaqələrindən danışıblar. 
 
 
Qars Qafqaz Universitetinin Çağdaş türk ləhcələri və ədəbiyyatları fakültəsinin Azərbaycan türkcəsi və Ədəbiyyatı ixtisası üzrə dosent, əslən Qazaxıstandan olan  Çulpan Zaripova  Çetin “Universitet” televiziyasına müsahibə  verib. 
 
 
Tələbələrin musiqi sahəsində xüsusi bacarıqlarını nəzərə alan universitet  onların İncəsənət fakültəsində konsertini də təşkil edib. Emre Nalbantoğlu, Meltem Kaymakçı  başda olmaqla, Naxçıvan Dövlət Universiteti tələbələrinin də qatıldığı konsert maraqlı və yaddaqalan olub. 
Tələbələr, eyni zamanda Naxçıvanın tarixi yerlərinə baxıblar, muzeylərlə tanış olublar. 
 
 
Qeyd edək ki, universitetlərarası qarşılıqlı əlaqə, təcrübə mübadiləsi tələbələrin gələcəkdə bilik və bacarıqlarının artırılmasında, yüksək ixtisaslı kadr kimi formalaşmasında mühüm əhəmiyyətə malikdir. 
 


28.10.2019 | 19:00