4 mindən çox tələbə “Bir” Tələbə Könüllü proqramına qoşulub

Bakı Slavyan Universitetində (BSU) I tədris ili tələbələri üçün “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib.

 

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü Proqramı könüllü tələbələrlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyinin (TN) təşəbbüsü ilə  yaradılıb.

 

BSU-nun Tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova bildirib ki, universitetin tələbələri  “Bir” Tələbə-Könüllü Proqramınının fəal iştirakçılarıdırlar. Belə ki, 4 mindən çox tələbə bu proqrama qoşulub. X.Sultanova universitetin tələbə-gənclərinin digər ölkədaxili və beynəlxalq tədbirlərdə fəal iştirak etmələrindən qürurla danışıb və onlara gələcək karyeralarında uğurlar arzulayıb.

 

Təqdimatın aparıcısı Kamran Əliyev “BİR” Tələbə-Könüllü Proqramı barədə tələbələrə ətraflı məlumat verib. Qeyd edib ki, “Bir” könüllü olmaq gənclərə beynəlxalq idman yarışlarında və dövlət tədbirlərində yaxından iştirak, tələbəlik həyatını rəngarəng və faydalı keçirmək, komanda ruhunu formalaşdıran kollektiv oyunlarda iştirak, yeni dostlar qazanmaq imkanı yaradır.
        

Sonra “BİR” Tələbə-Könüllü Proqramı könüllülərinin videoçarxı nümayiş olunub.

 



30.10.2019 | 17:02