Gürcü qonaqlar Mərkəzi Nəbatat Bağında

Batumi Botanika  Bağının əməkdaşları “Dekorativ bitkilər”  şöbəsinin  müdiri  Marina Tatarişvili və bitki kolleksiyaları üzrə kurator Maqdana Çaparidze AMEA Mərkəzi Nəbatat Bağının qonağı olublar.  Mərkəzi Nəbatat Bağının direktoru  Vahid Fərzəliyev  Bağın tarixi, fəaliyyət istiqamətləri, o cümlədən, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.

 

Batumi Botanika Bağının qonaqları iki ölkə arasında əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək birgə tədqiqatlar, müştərək layihələr və ekspedisiyaların təşkili, bitki materiallarının mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıblar.

 

Gürcüstanlı qonaqlar səfər müddətində Bağda aparılmış elmi- tədqiqat işləri və kolleksiya sahələri ilə yaxından tanış olublar. Eyni zamanda, Bağın aparıcı mütəxəssiləri ilə Qafqaz biomüxtəlifliyinin qorunmasına dair gələcək tədqiqat planları müzakirə edilib.



30.10.2019 | 18:55