“Məktəblilərarası Astronomiya Olimpiadası” keçiriləcək

Bakı Dövlət Universitetində “Məktəblilərarası Astronomiya Olimpiadası” keçiriləcək. Layihənin məqsədi şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyanın geniş yerə sahib olması üçün cəmiyyətin bu sahəyə daha çox təşviq edilməsi və rəqabət mühitinin formalaşdırılmasıdır.

 

Bakı şəhəri üzrə ümumtəhsil məktəblərini əhatə edən olimpiada da IX-X sinif şagirdləri öz bilik və bacarıqlarını nümayiş etdirə biləcəklər.

 

Olimpiadanın təşkilatçıları Bakı Dövlət Universiteti, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Tusi-Bohm Planetariumudur.

 

Qeyd edək ki, “Məktəblilərarası Astronomiya Olimpiadası” Təhsil Nazirliyinin "İnkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi" çərçivəsində həyata keçiriləcək, qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılacaqlar.



31.10.2019 | 17:20