Hərbi atteşelər BDU-da

Azərbaycanda  akkreditə olunmuş xarici dövlətlərin hərbi atteşeləri Bakı Dövlət Universitetində olublar.  Ali məktəbi ziyarət tanışlıq xarakteri daşıyıb. Universitetin Beynəlxalq şöbəsinin müdiri Elmira İsmayılova diplomatik korpusların hərbi nümayəndələrinə BDU-nun tarixi, inkişaf mərhələləri haqqında məlumat verib. O, həmçinin bu təhsil ocağının üzvü olduğu beynəlxalq təşkilatlar, universitetin qrant layihələri, fakültələr və tədris edilən ixtisaslar barədə də danışıb. Universitet haqqında video-çarxın nümayişindən sonra qonaqlar Nanotexnologiyalar Mərkəzi, Hüquq fakültəsinin tədris auditoriyaları və Elmi kitabxana ilə tanış olublar. 

 

Universitetlə tanış olan hərbi atteşelər BDU haqqında yüksək təəssürat əldə etdiklərini bildiriblər.



01.11.2019 | 19:00