“Qarabağ Azərbaycandır!” esse müsabiqəsində 500-ə yaxın tələbə iştirak edib

Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı tərəfindən ali təhsil müəssisələrində təhsil alan  tələbələr arasında “Qarabağ Azərbaycandır!” mövzusunda esse müsabiqəsinin keçirilməsinə start verilib.  

 

Müsabiqə çərçivəsində növbəti tədbir  Bakı Slavyan Universitetində (BSU) təşkil edilib. BSU-nun rektoru, YAP  Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı  tələbə-gənclərə esse müsabiqəsində uğurlar arzulayıb.

 

BSU-nun tədris binasında keçirilən tədbirdə bu ali məktəbin 500 nəfərə yaxın tələbəsi iştirak edib.

 

Qeyd edək ki, müsabiqənin nəticələri bu ilin dekabr ayının sonuncu həftəsində elan olunacaq və qaliblər mükafatlandırılacaq.



05.11.2019 | 12:10