Köhnə kafedraların bazasında yeni kafedralar yaranıb

Azərbaycan Texniki Universitetində (AzTU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda universitetin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi, strukturlarının optimallaşdırılması,  bir sıra başqa dəyişikliklər və təşəbbüslərlə bağlı məsələlər müzakirə edilib.

 

AzTU-nun rektoru, professor Vilayət Vəliyev  universitetin akademik strukturlarının konseptual optimallaşdırılması və aparılan islahatlarla bağlı  fikirlərini açıqlayıb.

 

İclasda əsas diqqət təhsillə bağlı islahatlara yönəldilib və bu fonda tədris hissəsinin yenidən qurulması ilə bağlı qərar qəbul edilib.  Bundan başqa, universitetdə elmi-tədqiqat işlərinin yeni istiqamətlərinə və fakültələrin yenidən təşkilinə uyğun olaraq,  bir sıra kafedralar ixtisar edilərək  onların bazasında yeni kafedralar yaradılıb. Elmi Şurada alternativ əsasda, gizli səsvermə yolu ilə yeni yaradılmış kafedraların müdirləri seçilib.

 

Elmi Şura universitetdə tələbə özünüidarəsini inkişaf etdirəcək “Tələbə rektor” layihəsinə müsbət yanaşıb.



07.11.2019 | 12:30