Xızı ərazisində geomorfoloji tədqiqat

AMEA Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev  Geologiya və Geofizika İnstitutunun əməkdaşı A.Səmədov ilə birgə Siyəzən və Xızı rayonları ərazisində çöl tədqiqat  işləri aparıb. 

 

Elmi ədəbiyyatda “Köhnə dərəbinə kəsilişi” kimi tanınan Giləzi-Xızı yolunun sağında, Vərəftə silsiləsinin cənub-şərq yamacı boyunca müşahidə olunan müxtəlif rəngli gil laylarının geoloji, geomorfoloji və paleocoğrafi cəhətdən öyrənilməsi məqsədilə  Böyük Qafqazın şimal-şərq yamacında yer almış geoloji-təbiət abidələrinin, o cümlədən əsasən Xızır-Zində ziyarətgahı kimi tanınan məşhur Beşbarmaq dağı kimi təbiət abidələrini formalaşdıran süxurlardan laboratoriya analizləri üçün süxur nümunələri götürülüb.  Həmçinin, onların ümumi stratiqrafik vəziyyəti, eləcə də yerləşdikləri ərazinin geoturizm imkanları araşdırılıb. 

 



07.11.2019 | 19:30