100 illik yubileylə bağlı dəyirmi masa

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dəyirmi masa keçirilib.

 

BDU-nun rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti  universitetin sərgi salonu, fakültə və kafedraları, habelə tədris auditoriyaları ilə tanış olub, Aktyor sənəti ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələrinin ifasında “Danabaşlar” tamaşasına baxıblar. 

 

Sonra  hər iki ali məktəb rəhbərliyi və tələbələrinin iştirakı ilə başlayan dəyirmi masada ADMİU-nun rektoru, professor Ceyran Mahmudova BDU-nun tarixindən, xalqımızın inkişafında oynadığı roldan danışıb. Rektor 100 illik yubileylə əlaqədar növbəti tədbirin ADMİU-da keçirilməsindən məmnunluq duyduğunu bildirib.

 

ADMİU rektorunun Humanitar məsələlərlə iş üzrə müşaviri, professor Aqşin Babayev, dosent Nigar Rüstəmova, Tədrisin elektron idarə edilməsi və imtahanların təşkili şöbəsinin müdiri Turxan Süleyman çıxış edərək, BDU haqqında xatirələrini danşıb, bu ali təhsil ocağının onların həyatlarında nə qədər mühüm rol oynadığından bəhs ediblər. 

 

BDU-nun rektoru Elçin Babayev müsəlman şərqində avropatipli ali təhsil ocağı olan ADMİU-nun bundan sonra da Azərbaycan mədəniyyəti və insəcənəti üçün peşəkar kadr hazırlığında müstəsna rol oynayacağını bildirib.

 

BDU-nun 100 il ərzindəki fəaliyyəti və uğurları barədə geniş məlumat verən rektor universitetin əsas inkişaf istiqamətinin təhsil, elm, innovasiyalar, sosiallıq və beynəlmiləlləşmək olduğunu diqqətə çatdırıb və ali məktəbin daha böyük uğurlar qazanacağına əminliyini ifadə edib.



08.11.2019 | 16:53