Dövlət Bayrağı Günü münasibətilə BMU-da aksiya

Bakı Mühəndislik Universitetinin (BMU) II kurs tələbələri 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə aksiya təşkil ediblər. Aksiya çərçivəsində tələbələr universitetin rektoru, professor Havar Məmmədovla görüşüblər.

  

H. Məmmədov belə bir aksiyaya görə tələbələrə təşəkkürünü bildirib və deyib ki, hazırda dünyanın 70-ə qədər ölkəsində fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə və səfirliklərdə Azərbaycan bayrağı dalğalanır. Rektor bu günün önəmindən danışaraq, gənclərə gərəkli tövsiyələr verib.

  

Sonda BMU-nun rektoruna rəmzi olaraq Azərbaycanın Dövlət Bayrağı hədiyyə olunub.

    

Qeyd edək ki, aksiya çərçivəsində tələbələr Bayraq Günü ilə bağlı buklet hazırlayıblar. Bukletdə müstəqilliyimizin əsas atributlarından olan bayrağın yaranması, tarixi və Bayraq Gününün təsis olunması ilə əlaqədar faktlar öz əksini tapıb.



08.11.2019 | 15:33