“Art of our soul” adlı rəsm sərgisi

Bakı Mühəndislik Universitetində (BMU) Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi ixtisasının 3-cü kurs tələbələrinin hazırladığı “Art of our soul” adlı rəsm sərgisi keçirilib.

 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədovanın rəhbərliyi ilə təşkil olunan sərgidə universitetin müəllim və tələbə heyəti iştirak edib.

 

Sərgidə 20-yə yaxın müxtəlif kompozisiyalarda çəkilmiş rəsmlər nümayiş olunub.

 

Kağız üzərində quaş ilə boyanan fərqli sənət əsərləri sərgiyə xüsusi rəng qatıb.

 

Qeyd edək ki, sərginin təşkilində əsas məqsəd yaradıcı tələbələrin cəmiyyətə təqdim olunması, gələcək ibtidai sinif müəllimlərinə rəsm çəkmə və sərgi keçirmə üsullarının öyrədilməsindən ibarətdir.



12.11.2019 | 19:02