Müsabiqəyə 20-yə yaxın tələbə qatılıb

Naxçıvan Dövlət Universitetində Beynəlxalq Tələbə Gənclər həftəsinə həsr olunan şeir müsabiqəsi keçirilib.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 17 noyabrın Beynəlxalq tələbə günü olduğunu qeyd edərək, bu günün  tarixi haqqında məlumat verib. Praqada çex vətənpərvər tələbələrlə bağlı Beynəlxalq Tələbələr Konqresində təsis edildiyini diqqətə çatdırıb.

 

Beynəlxalq Tələbə həftəsi çərçivəsində keçirilən müsabiqələrin əsas məqsədinə gəlincə, S.Məhərrəmov bildirib ki, bu, gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyır.  

 

Bədən tərbiyəsi ixtisası üzrə III kurs tələbəsi Samir Qəhrəmanov bu  müsabiqənin qalibi olub. Coğrafiya müəllmliyi ixtisası üzrə III kurs tələbəsi Aynur İbrahimova II, İngilis dili müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Sevgi Əlizadə, Dünya iqtisadiyyatı ixtisası üzrə II kurs tələbəsi Səma Bayramova III yerləri bölüşüblər.

 

Qeyd edək ki, müsabiqəyə ayrı-ayrı fakültələr üzrə 20-yə yaxın tələbə qatılıb. Təqdim edilən şeirlərin qiymətləndirilmə meyarı məzmun, ideya, intonasiya, şeiri deyən şəxsin canlı ifadə tərzi və digər kriteriyalar əsasında müəyyənləşib.



13.11.2019 | 11:57