“Təmiz ölkəm”in ağacəkmə aksiyası

Bakıdakı 74 nömrəli orta məktəbdə  “Təmiz ölkəm” layihəsi  çərçivəsində ağacəkmə aksiyası keçirilib.  Yüzdən çox məktəblinin iştirak etdiyi ağacəkmə kampaniyasında  250-yə yaxın ağac əkilib.     

 

Qeyd edək ki, bu layihənin məqsədi  təbiəti qorumaq,  uşaq və yeniyetmələrə, eləcə də  gənclərə təbiətə qayğı əxlaqı, vərdişi aşılamaqdan ibarətdir.  Bundan başqa, plastik kütlənin təkrar emalı barədə ictimaiyyət arasında maariflәndirmә işlərinin aparılmasını, yəni plastik butulkaların toplanaraq təkrar emala göndərilməsini təbliğ etmək, ölkənin ekoloji sağlam mühitinin formalaşmasına töhfə vermək, yaşıllıq zolaqlarının artırılmasını təmin etmək layihənin başlıca missiyalarındandır.   

 

Layihənin meneceri  ADA universiteti üzrə nümayəndə Xədicə Hüseynovadır.

 

Sifai  SƏFƏROVA



14.11.2019 | 14:32