“Sosial layihələr”in təqdimatı

Bakı Mühəndislik  Universitetində “Regional İnkişaf” İctimai Birliyinin “Sosial layihələr” müsabiqəsi ilə bağlı təqdimat görüşü keçirilib.

 

“Sosial layihələr” müsabiqəsinin rəhbəri Şahin Seyidzadə  təqdimatda müsabiqənin məqsədi, iştirak şərtləri, müraciət qaydaları, qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər, layihənin əhatə etdiyi mövzular barədə məlumat verib.

 

Müsabiqəyə təqdim olunan layihələr cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsi, həyat və sağlamlığının qorunması, elm və təhsilin inkişafı, innovativ ideyaların reallaşdırılması və maarifləndirmə işinin təkmilləşdirilməsi, təbiət və ətraf mühitin mühafizəsi, cəmiyyətdə tolerant və inklüziv mühitin qorunması və bu sahədə bərabər imkanların yaradılmasına dair təşəbbüsləri əhatə edir.

 

Hazırda müsabiqəyə layihələrin qəbulu davam edir. Layihələrin qeydiyyatı http://musabiqe.riib.az/ elektron sistemi vasitəsilə onlayn qaydada həyata keçirilir.



15.11.2019 | 16:35