Yeni Tələbə-rektor seçkisi

UNEC-də növbəti Tələbə-rektor seçkisi keçirilib.

 

UNEC-in tələbə rektoru Elmir Sadıqovun fəaliyyət müddəti başa çatdığı üçün qaydalara uyğun olaraq, yenidən seçki təşkil olunub.

 

Seçkidən öncə Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova UNEC-də tətbiq olunan Tələbə rektor institutunun məqsədi barədə məlumat verib. Bildirib ki, əsas məqsəd tələbə özünüidarəetmə sisteminin yaradılması, şəffaf, səmərəli idarəetmə mexanizminin inkişafı, tələbələrlə universitet rəhbərliyi arasında əlaqələrin beynəlxalq təcrübə əsasında müəyyənləşməsidir. Prorektor tələbələri seçkidə obyektiv olmağa çağırıb.

 

Sonra fakültə namizədləri platformalarını açıqlayıblar. Çıxışlardan sonra səsvermə keçirilib. Səsvermənin nəticəsinə görə, Maliyyə və mühasibat fakültəsinin 3-cü kurs tələbəsi Cavidan Adilzadə yeni Tələbə-rektor seçilib.

 

Seçki UNEC-in rəsmi Facebook səhifəsi ilə canlı yayımlanıb.



15.11.2019 | 18:29