Heydər Əliyev Mərkəzində “açıq dərs”

Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi Bünyad İsmayılovun XI “b”  sinfində “Milli demokratik hərəkat” mövzusunda “açıq dərs”i  olub.

 

Dərsə başlamazdan əvvəl şagirdlər müəllimləri və məktəbin direktoru ilə birlikdə ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək xatirəsini yad ediblər.

 

Çıxış edənlər  XX yüzilliyin  xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığını bildirib, dirçəliş yolunda verilən qurbanlardan, Azərbaycana qarşı aparılan düşmənçilik siyasətinə etiraz əlaməti olaraq xalqımızın ayağa qalxmasından, baş qaldıran milli azadlıq hərəkatından danışıblar.

 

Dərsdə xüsusi vurğulanıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyaları 21-ci əsrdə onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

“Açıq dərs”də şagirdləri maraqlandıran suallar  ətraflı cavablandırılıb.

 

Sonda məktəblilər Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Burada onlar Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı fotoşəkillər və sənədlər barədə məlumatlandırılıblar.

 

Mahal MƏMMƏDOV,

Şəki Şəhər Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi



17.11.2019 | 12:32