“İlin ən yaxşı PR mütəxəssisi”

Türkiyə Respublikasında üçüncü dəfə keçirilən “Türkiyə-Azərbaycan Qardaşlıq Mükafatları”nın təntənəli mərasimində mükafatlar sahiblərinə təqdim edilib.

 

Qaliblər sırasında Bakı Slavyan Universitetinin professoru, Jurnalistika kafedrasının müdiri, Əməkdar jurnalist Şəlalə Həsənova “İlin ən yaxşı PR mütəxəssisi” mükafatına layiq görülüb.

 

İstanbul-Azərbaycan Dostluq Dərnəyinin təşkil etdiyi ənənəvi tədbirdə hər iki ölkənin sənət, siyasət, iqtisadiyyat, elm, incəsənət, media və digər sahələrdə  nailiyyətlər qazanan tanınmış simalar mükafat sahibləri kimi icitmaiyyətə təqdim olunub.

 

Tədbirin təşkilatçıları Atakan Taşur və Hülya Ağasoy bildiriblər ki,  məqsəd iki qardaş ölkənin ən yaxşılarını bir arada tutaraq, bütünlüyümüzü və birliyimizi bütün dünyaya yaymaqdan ibarətdir.      

 

Tədbirdə Azərbaycanın İstanbuldakı konsulluğunun məsul şəxsləri də iştirak ediblər.

 

“Bir millət, iki dövlət” şüarı ilə təşkil olunan tədbir Türkiyənin xəbər proqramlarında və saytlarında geniş işıqlandırılıb.



19.11.2019 | 17:31