Şagirdlər Respublika Uşaq Kitabxanasında

Bakıdakı 244 nömrəli tam orta məktəbin şagirdləri Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında olublar. Şagirdlər kitabxananın şöbələrinə baxıb, kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi qaydasına dair  informasiya əldə ediblər.

 

Onlar burada Azərbaycan nağıllarını dinləyib, müasir nağıllarımızı müzakirə ediblər. Məktəbin müəllim və şagirdləri kiçik oxu zalında danışan, səsli, gözdən əlillər üçün çap olunmuş brayl şriftli kitablarla, disklər və pazllarla tanış olublar.

   

Diskussiya şəklində keçirilən ekskursiyadan uşaqlar məmnun qalıblar.

   

Sifai SƏFƏROVA



19.11.2019 | 19:26