Startap layihəsi ilə bağlı maarifləndirmə

Naxçıvan Müəllimlər İnstitutunda İnnovasiya laboratoriyasının təşkilatçılığı və Naxçıvan Muxtar Republikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi əməkdaşlarının iştirakı ilə startapla bağlı tədbir keçirilib.

 

İnstitutun prorektoru Azad Novruzov təhsilin inkişafı, güclü təhsil infrastrukturunun, yüksək ixtisaslı kadr hazırlığının və maddi-texniki bazanın yaradılması istiqamətində çox mühüm addımlar atıldığını, startapla əlaqədar yeni ideyaların, layihələrin dəstəklənməsi ilə bağlı bir sıra tədbirlərin həyata keçirildiyini qeyd edib.

 

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin şöbə müdiri  Hüseyn Əsgərli “Startup.nakhchivan.az” internet portalını institutun müəllim və tələbə heyətinə bölmələr və modullar üzrə  təqdim edib.

 

“İdeyadan Biznesə” Startap layihəsində final mərhələyə yüksələn “PayPort” layihəsinin komanda üzvləri öz təcrübələrini tələbələrlə bölüşüblər.

 

Maarifləndirici tədbirdə tələbələrin startapla bağlı sualları cavablandırılıb və təklifləri nəzərə alınıb.



20.11.2019 | 19:44