Pedaqoji təcrübənin yekunu

Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin IV kurs Təsviri incəsənət müəllimliyi və Təhsildə sosial-psixoloji xidmət ixtisası tələbələrinin 2019-2020 tədris ilinin birinci yarısında 8 həftə müddətində  Naxçıvan şəhər məktəblərində yerinə yetirdikləri  pedaqoji təcrübənin yekun konfransı keçirilib.

 

İnstitutun prorektoru Azad Novruzov  tələbələrin bilik və bacarıqlarının formalaşmasında pedaqoji təcrübənin əhəmiyyətindən danışıb. O qeyd edib ki, pedaqoji təcrübə tələbələrimizin institutda qazandıqları nəzəri biliklərinin təcrübəyə tətbiqi baxımından olduqca əhəmiyyətlidir: “Təcrübə müddətində tələbələrimiz Naxçıvan şəhər orta ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi ilə birlikdə müxtəlif səpkili tərbiyəvi tədbirlər hazırlayıb, dəyirmi masalar keçirib. Tələbələrimiz öz nümunəvi davranışları, yüksək təlim-tərbiyələri ilə seçilib, göstərdikləri fəallıqlarına görə məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olunub”.

 

Sonra pedaqoji təcrübə rəhbəri Təranə Əliyeva və Təbiət və incəsənət fakültəsinin dekanı  Rövşən Vəliyev Pedaqoji təcrübə müddətində metodistlər, psixoloqlar, pedaqoqlar və təcrübəçi tələbələr tərəfindən yerinə yetirilən işlər haqqında  danışıblar.

 

Sonda pedaqoji təcrübənin yekunlarına dair metodiki sərgiyə baxış olub.



07.12.2019 | 12:36