Yeniyetmə gimnastlarımız II yeri qazanıblar

Yeniyetmə idmançılarımız Maqsud Maqsudov və Hüseyn Abbasov Tokioda keçirilən Batut Gimnastikası üzrə 27-ci Dünya Yaş Qrupu Yarışlarında sinxron proqramda Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq II yeri qazanıblar.

 

Yarışın ilk günündə batut üzərinə çıxan idmançılarımız əvvəlcə təsnifat mərhələsində öz rəqiblərini üstələyərək ikinci nəticə göstəriblər. Bu nəticə ilə finala vəsiqə qazanan gimnastlarımız həmin mərhələdə də yüksək nəticə əldə ediblər.

 

Rusiya komandasından cüzi xal fərqi ilə geri qalaraq, finalda  ikinci  yeri tutublar.

               

Sifai  SƏFƏROVA



08.12.2019 | 11:48