Tələbələr Almaniyaya təlimə göndərilir

Naxçıvan Dövlət Universiteti Elektroenergetika ixtisasının tələbələrindən 7 nəfər bir həftəlik Almaniyaya təlimə göndərilir. Günəş panellərinin istehsalı prosesi və digər alternativ enerji texnologiyalarının tətbiqi sahəsinə həsr olunan təlim  “Pure Energy Development” SARL şirkətinin Almaniyanın Wismar şəhərindəki fabrikində keçiriləcək.

 

Universitetin rektoru, tarix üzrə fəlsəfə doktoru  Elbrus İsayev  tələbələrlə görüşüb, onlara uğurlar arzulayıb. O, muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Rektor tələbələrin təlimdə iştirakını Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun universitetə birbaşa qayğısı kimi dəyərləndirib, gənclərə gələcəkdə əsl peşəkar kadr kimi formalaşaraq muxtar respublikanın bu sahə üzrə mütəxəssisi olmağı tövsiyyə edib.



09.12.2019 | 19:30