226 tələbənin ixtisas təcrübəsi başlayıb

Lənkəran Dövlət Humanitar Kollecində buraxılış kurs tələbələrinin təcrübələrinin başlanğıc konfransı keçirilib.

 

Kollecin direktoru Ruslan Həmidov təcrübələrin əhəmiyyəti, mütəxəssiz hazırlığı prosesində zəruruliyi barədə məlumat verərək, əvvəlki illərdə aparılan təcrübələrdə qazanılan uğurlar, müşahidə edilən nöqsanlar haqqında tələbə və metodistləri ətraflı məlumatlandırıb. 

 

Kollecin təcrübə rəhbəri Sevər Əhmədova bildirib ki, bu il kollecin 2019–2020–ci tədris ilində əyani şöbəsindən pedaqoji yönümlü ixtisaslar üzrə 106,  qeyri- pedaqoji ixtisaslar üzrə 96  və müsiqi şöbəsi üzrə 24 tələbə, ümumilikdə 226 sonuncu kurs tələbəsi təcrübəyə göndərilir.

 

Təcrübəyə artıq start da verilib və tələbələr 5 həftəlik müşahidə təcrübəsində iştirak edəcəklər. Bu təcrübələr Lənkəran şəhər saylı, 10 saylı tam orta məktəbində və 9 saylı körpələr evi uşaq baxçasında keçiriləcək.

 

Konfransda təcrübəçi tələbələr, metodist və fənn müəllimlərini maraqlandıran suallarla bağlı geniş müzakirələr aparılıb, əvvəlki illərdə keçirilən təcrübələrdən fotoşəkillər, video kadrlar nümayiş etdirilib.

 

Sonda kollecin direktoru təcrübələrin daha da səmərəli kecirilməsi üçün metodik tövsiyələr verib.                                                                                 



10.12.2019 | 12:55