“Sən elə bir zirvəsən”

Bakıdakı Heydər Əliyev adına liseydə ümummilli liderin vəfatının 16-cı ildönümünə həsr edilmiş “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib.

 

Tədbirdə liseyin müəllim-şagird kollektivi ilə yanaşı, tanınmış elm adamları,  ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər.

 

Liseyin direktoru Sevinc Orucova Heydər Əliyevin həyat və fəaliyyətindən geniş söhbət açaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin parlaq siyasi zəkası, müdrikliyi sayəsində xalqımız öz müstəqilliyini qoruyub saxlaya bildi:” Tarixin nadir hallarda yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Heydər Əliyev olduqca  mürəkkəb bir dövrdə qarşıya çıxan bütün problemləri dəf edərək, Azərbaycana regionda və dünyada layiqli yer qazandırdı. Dahi şəxsiyyət Heydər Əliyev irsinin hələ də araşdırılması və öyrənilməsinə ehtiyacı var. Gənc nəsil hər zaman azərbaycanlı olması ilə fəxr edən, bütün ömrünü, həyatını Azərbaycana həsr etmiş dahi insanın şəxsiyyətini mütləq tanımalı və öyrənməlidir”.  

 

Tədbirdə AMEA-nın Fəlsəfə İnstitutu, Heydər Əliyev siyasi irsi və azərbaycançılıq fəlsəfəsi şöbəsinin aparıcı elmi işçiləri- dosent Məmmədağa Sərdarov və dosent Əli İbrahimov “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Tədbirdə liseyin şagirdlərinin ifasında şeirlər səslənib, maraqlı kompazisiyalar nümayiş etdirilib.

                                                                                             

Niyazi RƏHİMOV



12.12.2019 | 15:28