Təhsilin dəyişməsi üçün nə lazımdır?

Hər ilin yanvar ayında Londonda Dünya Təhsil Forumu keçirilir. Forum gələcəyin təhsil siyasətini müzakirə etmək üçün dünya əhalisinin üçdə ikisini əhatə edən nümayəndələri bir araya gətirir.

 

Dünyanın ən irimiqyaslı təhsil tədbiri təhsil nazirlərinin  özləri tərəfindən  təhsildə ortaq problemlər və  bu problemlərin  obyektiv qiymətləndirilməsinin bir hissəsi olaraq  təşkil olunan çoxsaylı iclas, mütəxəssis və ekspertlərin  fikir paylaşımlarını təqdim edən 3 günlük diskussiya meydançasıdır.  2020-ci il yanvarın 19-22 tarixlərində Londonda nəzərdə tutulan və dünyanın  96 ölkəsindən 1263 nümayəndənin iştirak edəcəyi  növbəti  forumun mövzusu  - "Bir nəsil-təhsilin dəyişməsi üçün nə lazımdır?"adlanır.  Forumun bildiriş arayışında mövzunun məramı açıqlanıb: "Biz bilirik ki, dünya sürətlə dəyişir və təhsil üçün uzunmüddətli perspektivlər müəyyən  etmək çətindir. Nəzərə alsaq ki, tez-tez düşünmək və hərəkət etmək üçün az vaxtımız var, buna görə də biz sürətlə hərəkət edirik. Eyni zamanda bilirik ki, təhsildə dəyişikliklər rəfdəki kitabların dəyişməsi ilə eyni deyil. Təlimin özü kimi, transformasiya çox güman ki, zəkaların cəlb edilməsi,  insanların yenilikçi təşəbbüslərinin  təşviqi, onlara dəstəyin təmin edilməsi və birlikdə işləmək vasitəsilə baş verəcək. Beləliklə, biz təhsilin davamlı, hərtərəfli vizyonunu işləyib hazırlaya bilərik.

 

Davamlı vizyona nail olmaq üçün bu yanaşmanın bir hissəsi tərəfdaşlıq, koalisiya və əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı ola bilər. Belə əməkdaşlıq hökumətlər və departamentlər arasında qarşılıqlı əlaqəni əhatə edə bilər. Ehtimal olunur ki, o, icmalar, peşəkarlar, cəmiyyət  və sənaye ilə işləməlidir.

 

Əgər biz yalnız təhsilin kənarlarında işləmək deyil, bildiklərimiz əsasında hərəkət etmək istəyiriksə, zaman keçdikcə insanları gələcək çağırışlara yaxşı hazırlayacaq siyasətə yanaşmaları nəzərdən keçirməli, geniş və daimi dəstək almalıyıq. Ümid edirik ki, onda biz şagirdlərin istəklərini və nəticədə ölkələrimizin,  bütün dünyanın uğurlarını dəstəkləyən, zənginləşdirən əsl transformasiya və təhsil növlərinə doğru bir addım ata biləcəyik".

 

Oruc MUSTAFAYEV



25.12.2019 | 15:24